Xəbərlər

Yerfındığı bitkisinin əkini həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Aqrar Elm və İnnovasiya Mərkəzi və Əkinçilik Elmi Tədqiqat İnstitutu olaraq Əkinçilik ET İnstitutunun Zaqatala BTS-nın Danaçı DM-də 50 sot torpaq sahəsində yerfındığı bitkisinin Əkinçilik ET İnstitutu tərəfindən yaradılan, Şəki-Zaqatala zonası üzrə rayonlaşdırılan, biotik və abiotik amillərə, eyni zamanda xəstəliklərə qarşı davalı olan “Çərəz” sortunun sınaq əkini institutun direktoru Faiq Xudayevin, direktor müavini Atif Zamanovun, aparıcı elmi işçi Ehtibar İbrahimovun, Zaqatala BTS-in direktoru Nəbi Kərimovun və s. iştirakilə həyyata keçirilib.
Tərkibi qida maddələri ilə zəngin olan, heyvandarlıqda yem kimi, qənnadı sənayesində isə qida məhsulu kimi istifadə olunan yerfındığı bitkisinin becərilməsində əsas məqsəd respublika ərazisində onun əkin sahəsinin genişləndirilməsindən və daxili bazarın tələbatının ödənilməsindən ibarətdir.

 

© 2020 Əkinçilik ETİ