Xəbərlər

Layihə çərçivəsində növbəti vebinar keçirilib

27.07.20 tarixində “Kənd təsərrüfatı, torpaqlardan istifadə və meşəçilik sektorlarında Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkə potensialının artırılması və Azərbaycanda müxtəlif sektorlardan Yaşıl İqlim Fondunun maliyyəsinə birbaşa çıxışı olan potensial milli qurumların müəyyən edilməsinə yardım” layihəsi çərçivəsində növbəti vebinar keçirilib. Vebinarın məqsədi Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi üzrə prioritet sektorlar olan kənd təsərrüfatı, torpaqlardan istifadə və meşəçiliklə əlaqəli adaptasiya (uyğunlaşma) və mitiqasiya (yumşaldılma) təşəbbüsləri, həyata keçirilən və nəzərdə tutulan tədbirlər, habelə bu sahədə zəruri texnologiyalar barədə müzakirələrin aparılmasıdır. Vebinar iştirakçıların qoşula biləcəkləri “Zoom” tətbiqindən istifadə etməklə baş tutub. Seminarda Əkincilik ET İnstitutunun direktor müavini Nizami Hümmətov iştirak edib.

© 2020 Əkinçilik ETİ