Xəbərlər

“Aqrar sahənin elmi təminatı: müasir çağırışlar, real imkanlar” mövzusunda Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təşkil olunmuş onlayn elmi-praktik konfrans keçirilib

03.09.20 tarixdə Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Nizami Hümmətov “Aqrar sahənin elmi təminatı: müasir çağırışlar, real imkanlar” mövzusunda Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təşkil olunmuş onlayn elmi-praktik konfransda iştirak ediblər. Konfransın məqsədi:  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatının inkişafına xidmət edən vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsi üçün platformanın yaradılmasından ibarət olub.

“Konfrans Aqrar sahənin davamlı inkişafının elmi əsasları”, “Elmi-tədqiqat və təhsil müəssisələrinin elmi fəaliyyətlərinin koordinasiyası”, “Aqrar elmin maliyyələşdirilmə mexanizmləri və kommersiyalaşdırılması imkanları”, “Dünya təcrübəsində “elm holdinqi”, “Nəzəri-fundamental və innovativ-tətbiqi elmi araşdırmaların aparılmasının stimullaşdırılması”, “Aqrar elmin maddi-texniki və sosial bazası, elmi və texniki kadr potensialı”, “Aqrar elmin hüquqi statusu və sosial nüfuzu; aqrar elmin innovasiya potensialı”, “Tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə uyğunluğu” və s. bölmələr üzrə kecirilib.

 

© 2020 Əkinçilik ETİ