Xəbərlər

Elmi Şuranın növbəti iclası kecirilib

17.09.2020 tarixində Əkinçilik ET İnstitutunda Zoom formatında Elmi Şuranın növbəti iclası kecirilib. İnstitutun direktoru Faiq Xudayev iclasın məqsədindən, qarşıda duran vəzifələrdən, tapşırıqların yerinə yetirilməsindən bəhs edib. Elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, dissertanturaya qəbul olan doktorant və dissertantların dissertasiya mövzularının, elmi rəhbərlər və məsləhətçilərinin təsdiq edilməsi ilə bağlı məsələlərin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi “Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili” ilə əlaqədar monitorinqin nəticələrinin, gübrələrin və pestisidlərin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Cari məsələlərə aydınlıq gətirilib.

© 2020 Əkinçilik ETİ