Xəbərlər

Türkiyədə fəaliyyət göstərən “Aksoytohum” şirkətinin baş meneceri Əkinçilik ET İnstitutuna səfər etdi

Cari ilin 13 sentyabr tarixində KTN-nin xəttilə Azərbaycanda işgüzar səfərdə olan “Aksoytohum” şirkətinin baş meneceri Abdurrahman Aksoy və onu müşayiət edən KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin böyük məsləhətçisi Miradil Əhmədli Əkinçilik ET İnstitutunda oldular. Görüş zamanı o, təmsil etdiyi şirkətin mərkəzi ofisinin Şanlıurfada yerləşməsi, şirkətin məqsəd və vəzifələri, toxumçuluq sahəsindəki fəaliyyətləri, məşğul olduqları bitkilər, toxum ixracı və idxalı və digər məsələlər barədə ətraflı məlumat verdi. Əkinçilik İnstitunun mandatına daxil olan bitkilərin seleksiyası, toxumçuluğu və becərmə texnolgiyası və tədqiqat prioritetləri haqqında qonağa geniş və əhatəli məlumat verən institutun direktoru Cavanşir Təlai, toxumçuluq fəaliyyəti ilə məşğul olan belə özəl şirkətlərlə təcrübə və genetik materialların mübadiləsinin və birgə layihələrin hazırlanması və həyata keçirilməsində və rəsmi səfərlərin təşkil edilməsində maraqlı olduğunu bildirdi.Görüşün sonunda instituta və “Aksoytohum” şirkətinə məxsus yumşaq və bərk buğda, arpa sortlarının toxumlarının mübadilə edilməsi və gələcəkdə birgə layihələrin hazırlanması və icrası ilə bağlı təkliflərin hazırlanması qərara alındı. Səfər müddətində o, institutun Qobustan rayonunda yerləşən bölgə təcrübə stansiyasının toxumçuluq fəaliyyəti ilə yaxından tanış oldu.

© 2020 Əkinçilik ETİ