Laboratoriyalar

Modern seleksiya və molekulyar biologiya

MODERN SELEKSİYA VƏ MOLEKULYAR BİOLOGİYA LABORATORİYASI

Modern Seleksiya və Molekulyar Biologiya laboratoriyası Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdində 2019-cu ildə “Hibrid qarğıdalı toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi çərçivəsində yaradılmış, Kənd Təsərrüfatı nazirinin 29 mart 2020-ci il tarixli MİHO/ 1.2-3.1-2022-196 saylı əmri və AR Kənd Təsəsrrüfatı Nazirliyi Kollegiyasının 24 noyabr 2015-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Kənd Təsəsrrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Nizamnaməsininin 5.5.5-ci yarımbəndinin tələblərini rəhbər tutaraq İnstitutun nəzdində yeni strukturun təsdiq edilməsi ilə 2022-ci ilin 30 mart tarixindən fəaliyyətə başlamışdır.

HƏDƏFLƏR

Modern Seleksiya və Molekulyar Biologiya laboratoriyasının yaxın və uzaq hədəfləri aşağıdakılardır:

- molekulyar bioloji metodlar;

- gen mühəndisliyi;

- mikrobiologiya;

- in vitro şəraitdə hüceyrə və toxuma kulturası.

Laboratoriyada ƏETİ-nin mandatına uyğun bitkilərin molekulyar markerlər əsasında genetik analizlərinin aparılması, onların genetik müxtəlifliyini təsbit etməklə seleksiya işlərinin daha dəqiq həyata keçirilməsi, seleksiyada yeni innovativ üsulların (Double haploid, Speed breading və s.) tətbiqi ilə yeni hibrid xətlərin, hibrid və sortların yaradılması istiqamətində tədqiqatların aparılması nəzərdə tutulmuşdur.

Molekulyar analizlər kimi bitki toxumasından quru və yaş nümunələr götürülərək, DNT ekstraksiyası və PZR (Polimeraza Zəncirvari Reaksiyası) analizləri aparılır.

Seleksiya proqramının ən mühüm elementinin nümunələrin genetik yaxınlığının müəyyən edilməsi və onlardan istifadə olduğunu əsas götürərək, seleksiya işinin növbəti mərhələlərini asanlaşdırmaqla, işin effektivliyini artırdığını nəzərə alaraq yerli genofonda aid qarğıdalı genotiplərinin ISSR, SSR markerlərlə genetik yaxınlığı, FRB73 (Stiff Stalk) və FRMo17 (Lancaster) xətləri ilə heterotik qrupa aidiyyəti təsbit ediləcək.

Həmçinin institutun mandatına daxil olan buğda, arpa, noxud, mərcimək, düyü və digər bitkilərə aid sortnümunələrin abiotik və biotik stress amillərinə davamlılıq genlərinin təsbit olunması, bu genlərin seleksiyada istifadəsi,  ISSR və  SSR markerləri ilə genetik yaxınlıqlarının müəyyənləşdirilərək yüksək heterozis effektinə malik olan valideyn formaların seçilməsi təmin olunacaq.

 

PLANLAR

Ali bitkilərin orqanlarının, toxumalarının, hüceyrələrinin və təcrid olunmuş protoplastlarının in vitro becərilməsinə əsaslanan hüceyrə texnologiyaları yeni sortların yaradılmasının ənənəvi prosesini asanlaşdıra və sürətləndirə bildiyini, somaklonal dəyişkənlik, hüceyrə səviyyəsində mutagenez, genetik müxtəliflik yaratmaq və arzu olunan əlamətlərə malik formaları seçmək üçün somatik hibridləşmə kimi prinsipial yeni yolları əhatə etdiyini və hüceyrə texnologiyalarının vegetativ yolla çoxalan bitkilər üçün virussuz material yaratmaqda effektliliyini, təsərrüfat əhəmiyyətli bəzi genotiplərin toxumlarının cücərmə problemlərinin də in-vitro metodu ilə həll edilməsinin mümkünlüyünü nəzərə alaraq laboratoriyada hüceyrə və toxumaların in vitro kultura metodunun tətbiqi nəzərdə tutulmuşdur.

Rusiya, İsrail və Macarıstan alimləri ilə danışıqlar əsasında CRISPR/CAS9 metodunun tətbiqi üçün imkanlar araşdırılır.

TARLA TƏCRÜBƏLƏRİ

Laboratoriyada seleksiya tarla təcrübələri həyata keçirilir:

  • Türkiyə və Belarusiya mənşəli günəbaxan hibridlərinin Abşeron və Ağstafa Yadımçı Təcrübə Təsərrüfatları olmaqla iki bölgədə ekoloji sınağı aparlmış, Belarusiya mənşəli iki hibrid ultra tez yetişkənliyinə görə, taxıl biçinindən sonra təkrar əkinlərdə yoxlanmışdır.
  • Türkiyə mənşəli qarğıdalı hibridlərinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron yadımçı Təcrübə Təsərrüfatı və Zaqatala Bölgə Təcrübə Stansiyasında geniş ərazidə ekoloji sınaqları aparılmışdır.
  • Türkiyə mənşəli yerfındığı və maş lobya nümunələrinin ekoloji sınağı da həyata keçirilmişdir.
  • Double haploid metodu ilə 2019-cu ildə layihə çərçivəsində alınmış yeddi təmiz xəttin genetik yaxınlığı ISSR markerləri ilə təsbit olunmuş, genetik uzaq olan xətlərin hibridləşdirillməsi həyata keçirilmişdir.
© 2020 Əkinçilik ETİ