Xəbərlər

Əsəd Cənət oğlu Musayev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldü

28 oktyabr 2017-ci il tarixində Aqrar elmin inkişafında xidmətlərinə görə Ə.C.Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verildi. Ə.C.Musayev Əkinçilik ET İnstitutunda “Seleksiya” şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktorudur. 165-dək elmi məqalə və tövsiyənin, 17 yumşaq buğda, 11 bərk buğda və 3 arpa rayonlaşmış sortunun müəllifidir. SSRİ Xalq Təsərrüfatları Sərgisinin Baş Komitəsi tərəfindən bərk buğda sortlarının yaradılmasındakı fəaliyyətinə və tətbiqinə görə ona sərginin bürünc, gümüş və qızıl medalı verilmiş, “Şərəf nişanı” ordeni təqdim edilmişdir. Əməkdar kənd təsərrüfatı işçisidir. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Elmi-Tədqiqat Kənd Təsərrüfatı Institutları Assosiasiyasının sədri olmuşdur. İKARDA-nın Azərbaycan üzrə koordinatoru olmuş, Milli Elmlər Akademiyasının İKARDA MDB ölkələrinin toxum Şurasının seleksiya və toxumçuluq işindəki nailiyyətlərinə görə fəxri fərmanla mükafatlandırılmışdır.

 

 

© 2020 Əkinçilik ETİ