Əkinçilik Elmi-Tədqiqat İnstitutuna şagirdlərin ekskursiyası təşkil olunub
Əkinçilik Elmi-Tədqiqat İnstitutuna 214 saylı orta məktəb şagirdlərinin ekskursiyası təşkil olunub. Ekskursiyada institutun Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşeron sahəsinə baxış və laboratoriyalarla tanışlıq həyata keçirilib. Şagirdləri institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, “Bitki seleksiyası” şöbəsinin müdiri Abdin Abdullayev salamlayıblar. “Modern seleksiya və molekulyar biologiya” laboratoriyasının elmi işçisi Röya Əsgərli şagirdləri təcrübə əkinləri ilə tanış edib. İnstitutun orta müddətli “Genbank”ı haqqında məlumat S.Məmmədova tərəfindən şagirdlərə ətraflı şəkildə izah edilib. “Dənin keyfiyyəti” laboratoriyasının müdiri Qətibə Həsənova və “Modern seleksiya və molekulyar biologiya” laboratoriyasının müdiri Həlimə Məmmədova şagirdlərə laboratoriyaların fəaliyyətindən bəhs ediblər.
Şagirdlərə institutun rəhbərliyi tərəfindən yaradılan sortlar haqqında məlumat kitabçaları, sortların dərzləri və toxumları hədiyyə olunub. Sonda xatirə şəkilləri çəkilib.