Xəbərlər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun keyfiyyət sahəsində siyasəti sənədi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun idarəetmə sisteminin ISO 9001:2015 beynəlxalq idarəetmə standartının tələblərinə uyğunlaşdırılmasının prioritetliyini rəhbər tutaraq Elmi Şuranın 16 iyun 2022-ci il tarixli qərarı (protokol №4) ilə  aşağıdakı tərkibdə İşçi qrupu  yaradılmış, İşçi qrupunun fəaliyyət planı təsdiq edilmişdir.

 

          İşçi qrupun rəhbəri– rəhbərliyin keyfiyyət üzrə nümayəndəsi

Sevinc  Məmmədova

Elmi işlər üzrə direktor müavini

İşçi qrupunun üzvləri

Pərvanə Məmmədova

İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri

Reyhan Abdullayeva

İlkin Toxumçuluq və toxumun keyfiyyəti laboratoriyası, böyük elmi işçi

Sevinc Əsədova

Dənin keyfiyyəti laboratoriyası, böyük elmi işçi

Əsmər Əhmədova

Torpaq və bitki analizləri laboratoriyası, elmi işçi

Aydın Məmmədov

Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsi, kiçik elmi işçi

Lalə Həsənli

Hüquq, kadr və kargüzarlığın təşkili, mütəxəssis

 

 

Əkinçilik  Elmi-Tədqiqat İnstitutunun

Elmi şurasının 2022-ci il “16” “iyun” tarixli

Qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik  Elmi-Tədqiqat İnstitutunun Keyfiyyət sahəsində siyasəti

 

Keyfiyyət siyasətimiz - Əkinçilik  Elmi-Tədqiqat İnstitutunun ixtisaslı və motivasiyalı müxtəlif yaş qrupuna aid kadrları olan,  tərəqqi edən, gələcək prioritetlərinə hədəflənən tədqiqat təşkilatı vizyonuna əsaslanır.

 

Strateji məqsədimiz - əkinçilik – xüsusi ilə taxılçılıq, yemçilik sahəsində elmi tədqiqat nəticələri və elmi nailiyyətlərin tətbiqi, elmi kadrların hazırlnaması xidmətlərinin göstərilməsi üzrə bazarda lider mövqe tutmaq, vicdanlı, etibarlı və uzunmüddətli tərəfdaş kimi ictimai rəy - reputasiya qazanmaqdır.

 

Keyfiyyət sahəsindəki niyyətləri həyata keçirmək üçün ƏETİ-nin rəhbərliyi aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

  • irəli sürülən tələblərə riayət etmək;
  • keyfiyyət idarəetmə sistemini daim təkmilləşdirmək;
  • keyfiyyət sahəsinin siyasət və məqsədlərinə zidd hərəkətlərə yol verməmək və qərarlar qəbul etməmək;
  • institutun fəaliyyətinin həyata keçirilməsində məqsədlərin vəhdətini təmin etmək;
  • məqsədlərə çatmaq üçün lazımi resursları müəyyən edərək təmin etmək;
  • bütün proseslərdə işçilərin məsuliyyətini və səlahiyyətlərini aydın şəkildə bölüşdürmək;
  • hər bir işçinin öz qabiliyyətlərini reallaşdıra bilən, şöbəsinin (institutun) fəaliyyətinin təkmilləşdirilməsində maraqlı olan, tapşırılan işdən və onun qiymətləndirilməsindən məmnun ola biləcək mühiti və müvafiq şəraiti təmin etmək.

Əsas fəaliyyət prinsiplərimiz:

  • bütün şöbə və laboratoriyaların qarşıya qoyulan məqsədlərə nail olmaq üçün istiqamətləndirilməsi;
  • effektli qərarlar qəbul etmək üçün məlumatların dərin və sistemli təhlili;
  • riskə əsaslanan düşüncənin tətbiqi;
  • işin keyfiyyətinin müştəri məmnuniyyətinin dərəcəsi ilə qiymətləndirilməsi;
  • mütəxəssislərin hazırlanması və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, işçilər arasında institutun yüksək nüfuzunun və hər bir işçinin maddi rifahının ən mühüm amil olması barədə anlayışın formalaşdırılması.
© 2020 Əkinçilik ETİ