Xəbərlər

Azərbaycan-İsrail əməkdaşlıq görüşü keçirilib

İsrail Kənd Təsərrüfatı Təşkilatının nəzdində Bitki Elmləri İnstitutu Bəzək Bitkiləri və Kənd Təsərrüfatı Biotexnologiyası bölməsinin tədqiqatçısı, fəlsəfə doktoru Samuel Bocobza nümayəndə heyətilə birgə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) olub. 
Əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə keçirilən görüşdə institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi” şöbəsinin müdiri Pərvanə Məmmədova, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının əməkdaşı Nurlan Əmrahov iştirak ediblər.
F.Xudayev qonaqlara ƏETİ-nin respublikada kənd təsərrüfatı istehsalının artırılmasında prioritetləri, potensial imkanları və fəaliyyət istiqamətləri, institutun mandatına daxil olan bitkilər və rayonlaşdırılmış sortları və onların respublika taxıl əkinlərində payı haqqında məlumat verib.
S.Bocobza görüş zamanı somatik embriogenezdə iştirak edən yeni genetik modulların kəşfi, genomun redaktəsi və somatik embriogenez sahəsində tədqiqatları inkişaf etdirmək üçün gen ifadə strategiyalarının tənzimlənməsində irəliləyiş, genom redaktə komponentlərini çatdırmaq üçün virusa əsaslanan yanaşma, model olmayan bitkilərin transformasiyası/regenerasiyası, metabolik mühəndislik və s. tədqiqat obyektlərindən bəhs edib.
Tərəflər arasında müzakirələr aprılıb, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Nümayəndə heyəti ƏETİ-nin “Modern seleksiya və molekulyar biologiya” laboratoriyasına baxış keçirib və iş prosesləri ilə tanış olublar.
© 2020 Əkinçilik ETİ