Xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” deyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ekoloji problemlərin həlli məsələləri də daim diqqət mərkəzində saxlanılıb. Dahi rəhbər ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb. 
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasının məqsədi də məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, mövcud torpaq qatının münbitləşməsinə töhfə vermək və təbliğ etməkdən ibarətdir.
Aksiya zamanı institutun ərazisində müxtəlif ağaclar əkilib. Aksiyada institutun rəhbərliyi və kollektivi iştirak ediblər. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Ağaclar suvarılıb və mühafizə məqsədilə zəruri tədbirlər görülüb.
© 2020 Əkinçilik ETİ