Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib

AR KTN-nin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə institutun rəhbərliyi və kollektivi ilə yanaşı Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) sədri Fuad Məmmədov və Komitənin sədr müavin Anar Tağıyev iştirak ediblər.
İnstitutun direktoru Faiq Xudayevin tədbir iştirakçılarını salamladıqdan sonra çıxışı dinlənilib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətini, həmvətənlərimizin birliyini, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurları diqqətə çatdırıb. F. Xudayev 2024-cü ildə də ölkəmizin böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib. O, həmçinin 2023-ci ilin yekunlarından, institutun elmi-təşkilati fəaliyyətindən, görülən işlərdən, əldə olunan nailiyyətlərdən və gələcək planlardan bəhs edib. F.Xudayev kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə F. Məmmədov çıxış edərək iştirakçılara ürək sözlərini çatdırıb. O, institutun elmi təşkilati fəaliyyətində fərqlənən əməkdaşlara və yubilyarlara Təşəkkürnamə və Fəxri Fərmanlar təqdim edib, ƏETİ-nin fəaliyyətində kollektivə uğurlar arzulayıb, bir sıra tövsiyələr verib.
İnstitutun əməkdaşları da bayram təbriklərinə qoşularaq kollektivə ürək sözlərini və təbriklərini çatdırıblar. 
Tədbir çərçivəsində bədii-əyləncəli proqram təşkil olunub.
© 2020 Əkinçilik ETİ