“Beynəlxalq idarəetmə standartları” üzrə növbəti təlim keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Beynəlxalq idarəetmə standartları” üzrə növbəti təlim keçirilib. Təlimdə institutun əməkdaşları iştirak ediblər.
Təlim müddətində ISO Standartları üzrə ekspert, i.e.f.d. Qalib Şərifov tapşırıqlar tətbiq etməklə iştirakçılarla dialoq rejimində və interaktiv formatda sorğu aparıb.
Təlimdə iştirakçılar tərəfindən təqdim olunan bir çox suallar cavablandırılıb və müzakirələr aparılıb.