Xəbərlər

“İnteqrir bitki mühafizəsi və yüksək təhlükəli pestisidlərin alternativlərindən istifadə imkanları”na dair seminar keçirilib

Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) Aqrar Xidmətlər Agentliyi ilə birgə "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi" layihəsi çərçivəsində “İnteqrir bitki mühafizəsi və yüksək təhlükəli pestisidlərin alternativlərindən istifadə imkanlar”ına dair seminar keçirilib. Seminarda müvafiq dövlət qurumlarının nümayəndələri, yerli mütəxəssislər, ADAU-nun akademik heyəti və FAO-nun beynəlxalq mütəxəssislər, o cümlədən Əkinçilik Elmi-Tədqiqat 
İnstitutunun əməkdaşları iştirak ediblər.
Tədbirdə inteqrir bitki mühafizəsi üzrə Milli Fəaliyyət Planının ilkin versiyası geniş şəkildə müzakirə edilib.
Seminarın keçirilməsinin məqsədi Azərbaycanda inteqrir bitki mühafizəsi yanaşmasını başa düşmək və inteqrir bitki mühafizəsinin milli səviyyədə təşviqi üçün müxtəlif tərəflərin rollarını aydınlaşdırmaqdan ibarətdir.
Seminarda Pestisidlərdən istifadənin azaldılması üçün İnteqrir Bitki Mühafizəsi (Zsuzsanna Keresztes, FAO), BMT-nin FAO SARD, BMT Minilliyin Ekosisteminin qiymətləndirilməsi kontekstində İnteqrir Bitki Mühafizəsinin beynəlxalq icmalı və məqsədləri (Jozsef Kiss Prof, İnteqrir Bitki Mühafizəsi üzrə beynəlxalq expert), Azərbaycanda bitki mühafizəsinin əsas problemləri (Nizami Kazımov, FAO) və digər mövzularda çıxışlar dinlənilib.
Sonda sual və cavablar səsləndirilib, yekun qeydlər, gələcək fəaliyyətlər, yol xəritəsi müəyyənləşdirilib.
© 2020 Əkinçilik ETİ