Xəbərlər

Əkinçilik ET İnstitutunda Elmi Şuranın iclası keçirildi

Əkinçilik ET İnstitutunda Elmi Şuranın iclası keçirildi. İnstitutun direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev Elmi Şuranın 2020-ci ildə keçirilən ilk iclasının məqsədinin qarşıda duran vəzifələrin, tapşırıqların yerinə yetirilməsindən, şöbə və laboratoriyalarda mövcud problemlərin birlikdə müzakirə edilərək həll edilməsindən, tələb və təkliflərin həyata keçirilməsindən ibarət olduğunu vurğuladı.
Elmi Şuranın növbəti iclasında gündəliyə daxil olan məsələlər: institutun elmi və elmi təşkilati fəaliyyəti, işə davamiyyət, mövzu planına və tədqiqat proqramlarına uyğun olaraq icra olunan elmi-tədqiqt işlərinin 2019-cu il (“Davamlı əkinçilik və bitki diversifikasiyası”, “Yemçilik” proqramları üzrə) və 2015-2019-cu illər üçün yekun (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları) elmi və elmi təşkilati fəaliyyəti, mövzu planına uyğun olaraq 2020-ci il üçün təqvim və iş planlarının tərtib edilməsi, institutun struktur vahidlərinin 2020-ci il üçün fəaliyyət istiqaməti ilə bağlı tədbirlər planı, Əkinçilik ET İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir aqrar və biologiya elmlərinin aktual problemləri: qlobal çağırışlar və innovasiyalar” beynəlxalq elmi praktik konfransın keçirilməsi, mövcud problemlərin həlli və s. diskussiya şəklində müzakirə edildi.
© 2020 Əkinçilik ETİ