Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında iştirak edib

AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Elm və Təhsil Nazirliyinini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Elm Fondunun, Azərbaycan Ağsaqqallar Şurasının, Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) məsul şəxsləri, AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının nümayəndələri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və direktor müavini Sevinc Məmmədova iştirak ediblər.
Tədbirdən əvvəl 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbiri açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Tədbir iştirakçılarının aidiyyatı mövzular üzrə məruzələri dinlənilib. Sonda AMEA-nın Ümumi yığıncağının qərar layihəsi səsləndirilib.
© 2020 Əkinçilik ETİ