Xəbərlər

Qarışıq səpinlərinin məhsuldarlığa və keyfiyyətə təsirinin öyrənilməsi

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki və torpaq analizləri” laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d  Zahid  Mustafayev  bitkilərin müxtəlif nisbətdə qarışıq səpinlərinin məhsuldarlığa və keyfiyyətə təsirinin öyrənilməsi məqsədilə Kürdəmir  Təcrüba Sınaq Stansiyasına ezam olunub. Amarant və sorqo bitkilərinin əkin sahələrindən səpin qabağı aqrokimyəvi analizlər üçün torpaq nümunələri götürülub. 
Kürdəmir  TSS-nın rəhbərliyinin və əməkdaşların iştirakı ilə yem bitkilərinin əkini haqqında müzakirələr aparılıb.
Amarant və sorqo bitkilərinin əkini aparılacaq sahədə səpin qabağı aqrokimyəvi analizlər üçün diaqonal üzrə 3 yerdən və 0-30 sm, 30-60 sm, 60-90 sm dərinliklərdən torpaq nümunələri  götürülüb, həmçinin planlaşdırılan işlər həyata keçirilib. 
Analiz nəticələrinə uyğun olaraq müəyyən edilmiş gübrə normalarının sahəyə verilməsi və əkinin aparılması nəzərə alınıb.
© 2020 Əkinçilik ETİ