Xəbərlər

“İnkişaf fazaları üzrə bitkilərin böyüməsinin izlənilməsi” üzrə elmi-tədqiqat işi aparılır

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Şahnaz Amanova tərəfindən institutun nəzdində fəaliyyət göstərən  Cəlilabad Bölgə Təcrübə Stansiyasında (BTS) “İnkişaf fazaları üzrə bitkilərin böyüməsinin izlənilməsi” üzrə elmi-tədqiqat işi aparılır.
Cəlilabad BTS-in direktoru və işin yerinə yetirilməsində məsul olan əməkdaşların iştirakı ilə ənənəvi və minimal becərmə üsulu ilə 3 qidalanma şəraitində buğda (nəzarət N60P40K30, N80P60K45), arpa (nəzarət N70P60K30, N90P60K40) və noxud (nəzarət N30P60K40, N60P80K60) bitkilərinin səpin dövrü¸ gübrələmə və inkişaf fazaları üzrə dinamikası haqqında müzakirələr aparılıb.  
Buğda və arpanın boruyaçıxma fazasında olduğu müəyyən edilib. Metodikaya uyğun olaraq hər 3 təkrarda bitkilərin boyları ölçülərək inkişafı müqayisə edilib. Metodikaya uyğun olaraq planlaşdırılan işlər mərhələlər üzrə yerinə yetirilib. Fazalara uyğun bitkilərin dinamikasının izlənməsinin dövrü olaraq davam etdirilməsi nəzərdə tutulub.
© 2020 Əkinçilik ETİ