Xəbərlər

Torpaqdan səmərəli istifadə edilməsi ilə bağlı elmi-tədqiqat işi aparılır

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin kiçik elmi işçisi Aydın Məmmədov tərəfindən institutun nəzdində fəaliyyət göstərən Şəki Dyaq Məntəqəsində (DM) “Torpaqdan səmərəli istifadə edilməsi ilə bağlı dənli-taxıl, dənli-paxlalı və yem  bitkilərinin becərilməsində torpaq münbitliyinin idarə olunmasının elmi-praktiki əsaslarının öyrənilməsi” mövzusu üzrə elmi-tədqiqat işi aparılır.
Məntəqədə mövzunun icraçıları ilə görüş təşkil olunub, təcrübə qoyulacaq sahəyə baxış keçirilib. Sahənin əkinə hazırlanması üçün müvafiq işlər həyata keçirilib, eyni zamanda mövzu planına uyğun olaraq müəyyənləşdirilmiş sxem üzrə təcrübə qoyulub.
Daha sonra soya, qarğıdalı və arpa toxumlarının əkini üçün hər biri 5 zolaq olmaqla 6 təkrarda sxemə uyğun olaraq sahədə bölgü aparılıb. Metodikaya uyğun olaraq fasiləsiz və növbəli əkin üçün ümumilikdə 18 lək əkin sahəsi hazırlanıb və səpin aparılıb. Sahənin hər tərəfində eni 3 m olmaqla  mühafizə məqsədi ilə arpa toxumu səpilib.  Yekunda təcrübə sahəsinin uzunluğu 52 m, eni isə 46.4 m olmaqla, ümumi sahəsi 2412.8 m2 olub.
Sahədə suvarılmanın yağıntının miqdarından asılı olaraq aparılması nəzərə alınıb.
© 2020 Əkinçilik ETİ