Xəbərlər

Torpaq münbitliyinin idarə olunmasının elmi-praktiki əsasları öyrənilir

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin aparıcı e.i., bio.e.ü.f.d.,dosent  Atif Zamanov tərəfindən institutun nəzdində fəaliyyət göstərən Gədəbəy Dayaq Məntəqəsində “Torpaqdan səmərəli istifadə edilməsi ilə bağlı dənli taxıl,  dənli-paxlalı, yem,  alternativ  yem və digər bitkilərin becərilməsində torpaq münbitliyinin idarə olunmasının elmi-praktiki əsasının  öyrənilməsi” mövzusu üzrə elmi-tədqiqat işi aparır. 
Metodikaya uyğun olaraq müxtəlif bitkilərin fərqli səpin normalarında qarışıq əkinləri aparılır. Bu məqsədlə Gədəbəy DM-nin rəhbərliyi və təsərrüfatın işçiləri ilə görüş keçirilib.
Təcrübə qoyularkən gübrə norması fonunda paxlalı bitki kimi yem noxudunun əkinlərində fərqli səpin normalarına uyğun olaraq arpanın və vələmirin səpini həyata keçirilib. Gübrə kimi nitroamofoska və amofos gübrələrinin qarışığlndan istifadə edilib. Paxlalı bitkilərin zülalla zənginliyini, taxılların isə karbohidratlarla zənginliyini nəzərə alaraq müxtəlif  səpin normalarının hansının daha çox biokütlə verməsini öyrənmək nəzərdə tutulub. Qarışıq əkinlərdə müxtəlif variantların qiymətləndirilməsi aparılacaq. Təcrübələrin qoyulması qənaətbəxşdir, tarla təcrübəsi metodikasına uyğundur. 
Yem bitkisi fonunda və dənli bitkilərin müxtəlif səpin normalarında vahid sahədən toplanan biokütlənin qiymətləndirilməsi üçün müntəzəm olaraq müşahidələrin aparılması nəzərə alınıb.
© 2020 Əkinçilik ETİ