Xəbərlər

“Buğdada rüşeym qaralması xəstəliyinin norması” nın müzakirəsinə həsr olunmuş onlayn tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının müdiri b.ü.f.d.dosent Namella Əzizova “Buğdada rüşeym qaralması xəstəliyinin norması” nın müzakirəsinə həsr olunmuş onlayn tədbirdə iştirak edib. 
Tədbirin keçirilməsində məqsəd Respublikada buğda bitkisində bu xəstətiyə yoluxma ilə bağlı vəziyyətin təhlili olub. 
Tədbirdə Qida Təhlükəsizliyi İnstitutu, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun və digər aidiyyatı qurumların mütəxəssisləri iştirak ediblər.
Tədbir zamanı mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© 2020 Əkinçilik ETİ