Xəbərlər

Azərbaycanın nəmliklə təmin olunmuş dəmyə şəraitində qarğıdalı bitkisi altında torpaqqoruyucu becərmə sistemi öyrənilir

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstətən Zaqatala Bölgə Təcrübə Stansiyasında (BTS) “Bitki fiziologiyası” şöbəsinin baş elmi işçisi Yasin Kərimov “Azərbaycanın nəmliklə təmin olunmuş dəmyə şəraitində qarğıdalı bitkisi altında torpaqqoruyucu becərmə sisteminin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işi aparır. 
Tədqiqat mövzusuna və təqvim planına uyğun olaraq variantlar üzrə əsas və səpinqabağı aqrotexniki tədbirlər həyata keçirilib, təcrübə sahəsi səpinə hazırlanıb. Bu məqsədlə BTS rəhbərliyi və icraçılarla müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, stansiyada təcrübə keçən Zaqatala aqrar kollecinin tələbələri ilə görüş zamanı aqrar sahə üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb və müvafiq tövsiyyələr verilib.
© 2020 Əkinçilik ETİ