Xəbərlər

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda «Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili» layihəsi çərçivəsində «Qarğıdalı seleksiyasında genplazmanın öyrənilməsi» və “Bitki seleksiyasında DNA markerlərindən istifadə” mövzusunda mühazirələr oxundu

20-21 avqust tarixlərində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda «Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili» layihəsinin ikinci mərhələsində ekspert Gönül xanım Cömertpay «Qarğıdalı seleksiyasında genplazmanın öyrənilməsi» və “Bitki seleksiyasında DNA markerlərindən istifadə” adlı mühazirələr oxudu. Mühazirədə KTN-nin və Əkinçilik ET İnstitutunun əməkdaşları da iştirak edirdilər. İki gün ərzində Gönül xanım dünyada və Türkiyədə qarğıdalı seleksiyasının gücləndirilməsi və inkişafı üçün vacib sayılan inkişaf mərhələlərindən söz açdı. O, çıxışı zamanı qeyd etdi ki, əldə etdiyimiz qarğıdalı hibrid xətlərində genetik yaxınlıqları DNA markerləri ilə təsbit edib qohumluq dərəcələri uzaq olan xətlər arasında hibridləşmə apararaq yeni hibridlər almaq daha əlverişli olur. Gönül xanım mühazirə iştirakçılarına dünyada istifadə olunan DNA markerləri haqqında geniş məlumat verdi. O, həmçinin Genetik markerlərlə seleksiyada alınmış hibridlərin istənilən dominant və ya resesiv genləri daşıdıqlarını təsbit edərək, aralarında ələmə aparmaqla, seleskiya işinin məqsədinə uyğun hibrid materiallarının seçiminin mümkün olduğunu bildirdi. Sonra seleksiyaçının məqsədinə uyğun bitki xüsusiyyətlərinin piramid şəklində hibridləşmə apararaq bir neçə genin hibridə keçirilməsi və ya alınan hibridlərin hibridləşmə dərəcəsini təsbit etmək üçün DNA markerləri ilə mümkünlüyü haqda geniş məlumat verdi. Hər iki mühazirədən sonra geniş müzakirələr aparıldı.

Sonda Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov ekspertlərə mühazirələrə görə təşəkkür etdi və gələcəkdə yaxın əməkdaşlıqların vacibliyini bir daha vurğuladı. İnstitutun elmi işlər üzrə direktor müavini Mehrac Abbasov bir daha Gönül xanım Gömertpaya və İbrahim Ceritə təşəkkür etdi və bildirdi ki, bu günədək institutumuzda onlarla xarici və yerli mütəxəsislərin mühazirələri keçirilib, lakin ilk dəfədir ki, genetik işlərin geniş və hərtərəfli mühazirəsini eşitdik. Çox vacib və maraqlı məlumatlar verdiyinizə görə Sizi alqışlayir və təşəkkür edirik.

Sonda ekspertlər və Əkinçilik ET İnstitutunun əməkdaşı Məmmədova Həlimə xanım birgə həyata keçirdikləri “Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi çərçivəsində bu mühazirələrin və Double haploid texnikası ilə genetik və seleskiya işlərinin birləşməsi ilə aparılan tədqiqatın Azərbaycan üçün vacibliyini bir daha vurgulayaraq, bu layihədə ekspertlərin iştirak üçün dəvət olunmalarına görə Azərbaycan Kənd Təsəsrrüfatı Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutuna, o cümlədən mühazirələrin keçirildiyi Genetik Ehtiyatlar İnstitutuna dərin təşəkkürlərini bildirdilər. Tədbirdən sonra ekspertlər Genetik Ehtiyatlar İnstitutunun laboratoriyaları ilə tanış oldular.

 

© 2020 Əkinçilik ETİ