Xəbərlər

“Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi çərçivəsində tədqiqat və təlimlər davam edir

Əkinçilik ET İnstitutunda “Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi çərçivəsində tədqiqat və təlimlər davam edir. 23.08.2019 tarixində layihənin beynəlxalq ekspertləri Dr. İbrahim Cerit,  Dr. Gönül Cömertpay yerli mütəxəssislərdən Həlimə Məmmədova, Sevil Abbasquliyeva, Etibar İbrahimov müxbir Nicat Nəsirli ilə onlayn tarla müşavirəsi keçirdilər. Müşavirədə qonaqlar və yerli mütəxəssislər həyata keçirilən layihənin məqsədindən, Azərbaycan kənd təsərrüfatına dəstək olmasından, ölkə iqtisadiyyatına gəlir gətirməsindən, xarici idxalın azalmasından bəhs etdilər. Sonra layihədə görülən işlərin geniş kütləyə çatdırılması məqsədi ilə ölkənin əsas dövlət kanalı olan Azərbaycan Televiziyasına da müsahibə verildi. Müsahibədə Əkinçilik ET İnstitutunun “Bitki seleksiyası” şöbəsinin böyülk elmi işçisi Həlimə Məmmədova Double haploid metodunun klassik metoddan fərqi haqda və qarğıdalı toxumçuluğunda vacib şərt sayılan izolyasiya işlərinin aparılması haqda məlumat verdi. Layihənin eksperti Dr. İbrahim Cerit hibrd qarğıdalının toxumçuluğunun təşkilinin vacibliyi və ölkəyə verəcyi iqtisadi gəlir haqqında məlumat verdi. Digər ekspert Dr. Gönul Cömertpay da öz növbəsində qarğıdalı hibridinin GDO-lu qarğıdalı arasındakı fərqin olduğunun və hibrid qarğıdalının tamamən təbii yolla alındığı və insan sağlamlığı üçün heç bir təhlükə yaratmadığı haqda məlumat verdi. O cümlədən o Double haploid texnikasının qısa zamanda hibrid xətlərinin alınmasında və hibrid toxumçuluğunun təşkilində vacibliyi diqqətə çatdırdı. Daha sonra ekspertlər və Əkinçilik ET İnstitutunun əməkdaşı Həlimə Məmmədova  istixanada layihə metodikasına uyğun becərilən qarğıdalı şitillərinə baxış keçirib suvarma işlərini həyata keçirdilər.

© 2020 Əkinçilik ETİ