Xəbərlər

“Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda İnkişafı” layihəsi çərçivəsində məlumatlar ARB televiziya kanalı vasitəsilə ictimaiyyətə catdırıldı

26.08.2019  tarixində Əkinçilik ET İnstitutunun “Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda İnkişafı” layihəsi çərçivəsində ekspertlər Dr. İbrahim Cerit, Dr. Gönül Cömertpay və layihənin icraçısı Əkinçilik ET İnstitutunun “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Məmmədova Həlimə layihənin geniş ictimaiyyətə çatdırılması məqsədilə ARB televiziya kanalının dəvəti əsasında “Müzakirə saatı” verilişində iştirak ediblər. Proqram ərzində layihənin prioritet və gözləntiləri, hibrid qarğıdalı və GMO qarğıdalı arasında olan fərq, ölkədə hibrid qağıdalı istehsalındakı çatışmamazlıq və çətinçiklər barədə, o cümlədən ölkə üçün böyük önəmi olan bu tipli layihələrin dövlət dəstəyinə olan ehtiyacı, Azərbaycan fermerlərinə və ölkə iqtisadiyyatına səmərəsi haqqında müştərək müzakirələr də aparılmışdır. Sonda proqram iştirakçıları laliyihənin maliyyələşdirilməsində və həyata keçirilməsində əməyi olan Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova və Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlaiyə və hər iki qurumun əməkdaşlarına təşəkkürlərini bildirdilər. Ümid edirik ki, bu mövzuda efirə verilən proqram fermerlərin və aqrobiznes sahəsində çalışan iş adamlarının marağına səbəb olmuşdur.

Bundan sonra hörmətli ekspertlər Dr. İ.Cerit və Dr. G.Cömertpay Həlimə xanımla bərabər Azərbaycanın vacib tarixi və mənəvi əhəmiyyət kəsb edən Şəhidlər Xiyabanını ziyarət etdilər. Onlar 1918-ci ildə ölkəmizin azadlığı uğrunda Nuri Paşanın komandanlığı altında canlarından keçmiş türk şəhidlərinin və tariximizə qızıl hərflərlə yazılmış azadlıq mübarizlərimiz, 20 Yanvar və Qarabağ şəhidlərinin  qəbirlərini ziyarət etdilər, dərin ehtiramla bütün şəhidlərimizin ruhlarına dualar oxudular.

Layihənin ikinci mərhələsi bitkilərin açıq sahəyə köçürülməsi və iki dəfə gübrələmə işlərinin aparılmasından sonra başa çatdı. Qulluq işləri Əkinçilik ET İnstitutunun əməkdaşları tərəfindən gündəlik nəzarət altında davam edəcək. Ekspertlərin növbəti gəlişi sentyabr ayına planlaşdırılır.

 

© 2020 Əkinçilik ETİ