Xəbərlər

Amarant bitkisinin yaşıl kütləsi və dəninin heyvandarlıqda tətbqi

Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında bağlanmış müqaviləyə əsasən ənənəvi və alternativ yem bitkilərinin əkini, keyfiyyət göstəriciləri və qidalılığı, emalı, hazırlanma texnologiyası və digər xüsusiyyətləri ilə bağlı elmi tədqiqat işləri aparılır. Bu məqsədlə Heyvandarlıq Elmi Tədqiqat  İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında 1,5 ha sahədə amarant bitkisi əkilmişdir. Aprel ayının ikinci ongünlüyündə əkilən amarant  bitkisi avqust ayında toxum üçün biçilmişdir. Amarant bitkisinin becərilməsi zamanı kimyəvi vasitələrdən istifadə edilməmiş,  minimum becərmə işləri aparılmışdır. Bitkinin yaşıl kütlə, toxum məhsuldarlığı və keyfiyyət göstəriciləri yüksək olmuşdur. Əldə olunan məhsul yaşıl yem kimi iribuynuzlu cins mal-qara tərəfindən həvəslə mənimsənilmişdir. Eyni zamanda toxum məhsulu da tədarük edilmişdir. Toxumun quşlar üçün yem kimi hazırlanma texnologiyası haqqında məlumatlar diqqətə çatdırılmışdır.

 

© 2020 Əkinçilik ETİ