Xəbərlər

Mərkəzi Asiyada Bitkiçilik istehsalının davamlı intensivləşdirilməsi məqsədilə kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi layihəsi çərçivəsində “Toxum istehsalı haqqında ekspertlərin biliklərin artırılması" mövzusunda keçirilən təlim-seminarlara start verildi

23.09.2019 tarixində Əkinçilik ET İnstitutunda Kənd təsərrüfatı sahəsi mütəxəssislərinin iştirak etdiyi FAO-nun TCP/SEC/3601–Mərkəzi Asiyada Bitkiçilik istehsalının davamlı intensivləşdirilməsi məqsədilə kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi layihəsi çərçivəsində təlim-seminar keçirildi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai iştirakçıları salamladı və açılış nitqi söylədi. Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Melek Çakmak və proqram rəhbəri Şahin İsayev çıxış etdilər. Layihənin, gündəliyin, təlimçinin və seminar iştirakçılarının təqdimatı oldu. FAO-nun konsultantı, təlimçi Bahromiddin Hüseynov “Toxum istehsalı haqqında ekspertlərin biliklərin artırılması” mövzusunda 23-27 sentyabr 2019-cu il  tarixlərində kecirilməli olan təlimlərə start verdi. Təlimin birinci günü Formal və qeyri-formal toxumçuluq sistemi - ümumi anlayışlar, Toxum istehsalının hüquqi və institusional çərçivəsi: milli və beynəlxalq qaydalar, Bitki seleksiyası və qida təhlükəsizliyinə nail olmaqda sortların rolu və s. mövzular  diqqətə çatdırıldı. Müzakirələr, sual-cavab sessiyası  aparıldı. Fasilədən sonra  Bitki sortlarının rəsmi sınağının məqsəd və vəzifələri, Bitki sortlarına olan tələblər, Toxumların keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın əsas prinsipləri, İlkin toxumçuluq və yüksək keyfiyyətli toxum istehsalı, Toxum istehsalı və marketinq mövzuları üzrə təlim seminar öz işini davam etdirdi, suallar və cavablar səsləndirildi.

Gündəliyə əsasən, təlim seminar 23-27 sentyabr tarixlərində öz işini davam etdirəcək. Növbəti günlərdə Toxumçuluq sektoru ilə bağlı Azərbaycan Respublikası Qanununun əsas məqamlarının, xüsusilə də "Toxumçuluq haqqında", "Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında" və "Fitosanitar nəzarəti haqqında"qanunların müzakirəsi aparılacaq.Toxumçuluq sektorunun inkişaf konsepsiyası diqqətə çatdırılacaq. Bitkilərin yeni sortlarının yetişdirilməsi; bitki sortlarının və genetik ehtiyatların kənd təsərrüfatının inkişafındakı rolundan bəhs ediləcək. Bitki sortlarının təsərrüfat əhəmiyyətinə görə sınaqdan keçirilməsi, Toxum keyfiyyətinə zəmanət:  keyfiyyətə nəzarət və sertifikatlaşdırma, toxum standartları, Toxumun sertifikatlaşdırılması proseduru: beynəlxalq qaydalar, Toxumluq sahələrin müşahidəsi (müayinəsi) və xüsusi delyankalarda sortlara nəzarət, Toxum nümunəsinin götürülməsi və səpin keyfiyyəti üçün analiz edilməsinin əsasları, Toxumun sağlamlıq vəziyyəti və s. mövzularında təlim seminar öz işini davam etdirəcək və Praktik hissə təşkil olunacaq. Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun laboratoriyalarına və elmi təcürübə sahələrinə baxış keçiriləcək. İlkin toxumçuluq və yüksək keyfiyyətli toxum istehsalı mövzusu üzrə əsas bitkilərin toxum istehsalı, toxumun saxlanma tələbləri, toxum marketinqinin əsasları diqqətə çatdırılacaq. Bitki sortlarının təsərrüfat əhəmiyyətinə görə sınaqdan keçirilməsi, Toxum keyfiyyətinə zəmanət:  keyfiyyətə nəzarət və sertifikatlaşdırma, toxum standartları, Toxumun sertifikatlaşdırılması proseduru: beynəlxalq qaydalar, Toxumluq sahələrin müşahidəsi (müayinəsi) və xüsusi delyankalarda sortlara nəzarət, Toxum nümunəsinin götürülməsi və səpin keyfiyyəti üçün analiz edilməsinin əsasları, Toxumun sağlamlıq vəziyyəti və s. mövzularında təlim seminar öz işini davam etdirəcək və praktik hissə təşkil olunacaq. Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun laboratoriyalarına və elmi təcürübə sahələrinə baxış keçiriləcək. İlkin toxumçuluq və yüksək keyfiyyətli toxum istehsalı mövzusu üzrə əsas bitkilərin toxum istehsalı, toxumun saxlanma tələbləri, toxum marketinqinin əsasları diqqətə çatdırılacaq. Aidiyyatı qruplarla iş aparılacaq, qrup işlərinin və müzakirələrin nəticələrinin təqdimatı, təlimin qiymətləndirilməsi və yekunu həyata keçiriləcək.

© 2020 Əkinçilik ETİ