Xəbərlər

“Toxum istehsalı haqqında ekspertlərin biliklərin artırılması" mövzusunda keçirilən təlim-seminarların iştirakcıları laboratoriyalara və elmi təcrübə sahələrinə baxış kecirdilər

Kənd təsərrüfatı sahəsi mütəxəssislərinin iştirak etdiyi, FAO-nun TCP/SEC/3601–Mərkəzi Asiyada Bitkiçilik istehsalının davamlı intensivləşdirilməsi məqsədilə kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi layihəsi çərçivəsində kecirilən təlim-seminarların iştirakçıları Əkinçilik və Tərəvəzçilik ET İnstitutunun laboratoriyalarına və elmi təcrübə sahələrinə baxış kecirdilər. Baxış zamanı tədbir iştirakçıları Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem  bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsədlər haqqında bilgilər əldə etdilər.

© 2020 Əkinçilik ETİ