Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Heyvandarlıq ET İnstitutunda keçirilən konfransda iştirak etdi

Əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasında heyvandarlıq məhsullarının rolu böyükdür. Heyvandarlığın inkişafı, məhsuldarlığın  artırılması  və məhsulun keyfiyyətinin  yaxşılaşdırılması bilavasitə yem bazasından asılıdır. Respublikada bu sahədə  problemlərin  araşdırılması və həlli  yolları, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda İnstitutun təşkilatçılığı ilə əlaqədar təşkilatların, DAİM və fermerlərin iştirakı ilə keçirilmiş "Yemləmədə innovativ yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransında qarşıya məqsəd kimi qoyulmuşdu. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin müdiri Esmira Lətifova, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi işlər üzrə prorektoru Ramin Məmmədov, Nutrimax" MMC-nin "Heyvanların yemləndirilməsi" şöbəsinin müdiri Revaz Lapaçi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat İnstitutu, ”Yalama Aqroparkı”, rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları bu və ya  digər  məsələlərlə çıxış etmişlər. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevil Abbasquliyeva ”Azərbaycanda yem istehsalı: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda çıxış etmişdir.

 

© 2020 Əkinçilik ETİ