Xəbərlər

Əkinçilik ET İnstitutunda 1 noyabr kənd təsəsrrüfatı işçilərinin peşə bayramına həsr edilmiş “Aqrar sahənin inkişafında innvovativ texnologiyanın rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 31 oktyabr 2019-cu il tarixində 1 noyabr kənd təsərrüfatı işçiləri gününə həsr edilmiş “Aqrar sahənin inkişafında innvovativ texnologiyaların rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi. Tədbirdə Əkinçilik ET İnstitutu ilə yanaşı, Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərəvəzçlik və Üzümçülük və Şərabçılıq ET İnstitutlarının əməkdaşları, fermer təsərüfatlarının rəhbərləri iştirak edirdilər. Konfransı giriş sözü ilə açan Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov 1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə kollektivi təbrik etdi. Sonra o, Əkinçilik İnstitutunun gördüyü işləri qiymətləndirərək, bir sıra, xüsusən də toxumçuluq problemlərinin həllindən danışdı. 70-80 min ton toxumun tələbatı ödəmədiyini qeyd etdi. Diqqətə çatdırdı ki, ilkin toxumçuluğun təşkili qənaətbəxşt olmasa heç bir müsbət nəticədən danışmaq olmaz. O, təlimlərin keyfiyyət və təşkilindən də söz açdı. F.Kərimov elmi-tədqiqat işlərinin aparılmasında yeni prosedur qaydalarının müəyyənləşdirilməsindən, strategiyasından, nəticə hesabatlılığından ətraflı olaraq söz açdı. O, qeyd etdi ki, Aqrar Elm və İnnovasiya Mərkəzi olaraq elmi-tədqiqat işlərinin monitorinqinin təşkili nəzərdə tutulur.  F.Kərimov diqqətə çatdırdı ki, elmi-tədqiqat işlərində yeni innovativ texnologiyalardan istifadə olunmalıdır. Ölkədə uğurla aparılan aqrar islahatların kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük rol oynadığını bildirdi. Bu potensial imkanlardan istifadə etməklə aqrar sahədə yeni texnologiyaların tətbiqi, elmi-innovativ tədqiqatların aparılmasının bu günün aktual məsələsindən birinə çevrildiyini də qeyd etdi. O, həmçinin elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi fikrini irəli sürdü

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai cıxışında aqrar sahədə innovativ xarakterli elmi-texniki yeniliklərin bazarın tələb və təklifinə cavab verəcək rəqabət qabiliyyətli bitkiçilik və heyvandarlıq məhsulların istehsalında maya dəyərinin aşağı düşməsində və fermerlərin əldə olunacaq gəlirlərinin artmasında böyük rol oynayacağına toxundu. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə hədəflənən Dövlət Proqramları, Strateji Yol Xəritəsində təsbit olunan strateji hədəflər, “Azərbaycan-2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının aqrar sektorun inkişafına müsbət təsir edəcəyini bildirdi.

“Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev, aparıcı elmi işçisi Bəhlul Abbasov, böyük elmi işçi Rəhminə Zamanova və digərləri çıxış edərək konfrans iştirakçılarını 1 noyabr kənd təsəsrrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik etdilər.

 “Moran Agro” MMC-nin direktoru Emil Elçin innovativ texnologiyaların aqrar sahələrin inkşafındakı rolunda Əkinçilik ET İnstitutu ilə bağlanılmış əməkdaşlıq haqqında müqavilənin əhəmiyyətinə, müqavilə çərçivəsində fermerlərə açıq tarla platformasının məqsəd və vəzifələrinə  toxundu.

Bitki seleksiyası şöbəsinin kiçik elmi işçisi Röya Əsgərli “Kənd təsərrüfatının inkişafında gənc alimlərin rolu”, davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin kiçik elmi işçisi Tarıverdi İslamzadə “Dünyada ekoloji təmiz kənd təsərrüfatı”, torpaq və bitki analizləri laboratoriyasının kiçik elmi işçisi Rəhilə İslamzadə “Müasir kənd təsərrüfatında innovativ üsullarla əkinçiliyin təşkili” mövzularında çıxış etdilər. Sonda İnstitutun rəhbərliyi və Aqrar Elm və İnnovasiya Mərkəzinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi bir qrup əməkdaşı o cümlədən “Moran Agro” MMC-nin direktoru Emil Elçini kənd təsərrüfatında göstərdikləri xidmətlərə görə Fəxri Fərmanla təltif etdi. Konfrans iştirakçıları institutun ayrı-ayrı şöbə və laboratoriyalarının elmi fəaliyyətini özündə əks etdirən sərgi ilə tanış oldular. Konfrans konstruktiv şəraitdə keçdi.

© 2020 Əkinçilik ETİ