Xəbərlər

Biləsuvar və Cəlilabad DAİM-lərində fermerlərə ”Payızlıq taxıl səpinlərində zəruri aqrotexniki tədbirlər” mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyində keçirilmiş müşavirədə mühüm məsələlərin icrası ilə əlaqədar Əkinçilik ET İnstitutunun təlimlərlə bağlı qrafikinə əsasən Cəlilabad BTS-nin “Bitki seleksiyası və toxumçuluğu” şöbəsinin müdiri Saleh Şərbətov və Cəlilabad BTS-nin“Bitki seleksiyası və toxumçuluğu” şöbəsinin böyük elmi işçisi Tofiq İsmayılov 30 oktyabr 2019-cu il tarixində Biləsuvar və Cəlilabad DAİM-də Biləsuvar, Salyan, Cəlilabad rayonlarının fermerlərinə ”Payızlıq taxıl səpinlərində zəruri aqrotexniki tədbirlər”  mövzusunda təlim keçmişdir. Iştirakçılar dənli taxıl bitki toxumlarının hazırlanma qaydaları, səpin normaları (müxtəlif sortlar üzrə), səpin üsulları və səpin müddəti, toxumçuluğu, o cümlədən payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərə qulluq qaydaları haqqında məlumatlandırıldıar. Payızlıq taxıl səpinində zəruri aqrotexniki tədbirlərin aparılması barədə ətraflı məlumat verildi. Biləsuvar  DAİM-də keçirilən təlimdə 27 Cəlilabad DAİM-də isə 17 nəfər fermer iştirak etmişdir. Fermerlər əsasən müxtəlif bölgələrə uyğun arpa və buğda sortlarının əldə edilməsi, məhsuldarlığı və quraqlığa davamlılığı, torpağı yaxşılaşdıran növbəli əkin sisteminin qurulması və s. bu kimi məsələlərlə maraqlandılar, müvafiq bilgilər əldə etdilər. Gübrə , texnika çatışmazlığı və s. problemlər isə müzakirə edildi.  Müxtəlif suallarla müraciət edən fermerlərin sualları ətraflı olaraq cavablandırıldı.

© 2020 Əkinçilik ETİ