Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı “İnnovativ düşüncələrinizi reallaşdırın” movzusunda keçirilən elmi-praktiki konfransda iştirak etdi

Kənd Təsərrüfat Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat institutlarının nümayəndələri 31 oktyabr  2019-cu il tarixində Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təşkil olunmuş  “İnnovativ düşüncələrinizi reallaşdırın” movzusuna keçirilən elmi-praktiki konfransda iştirak etdilər. Konfransda Əkinçilik ET İnstitutunu Gənc Alimlər Şurasının sədri “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova təmsil etmişdir. Konfransda gənclərin aqrar elmin inkişafında bu gün olan irəliləyişlərə təkan verəcək innovativ texnoloqiyaların və metodların inteqrasiyası haqqında geniş müzakirələr aparıldı. Gənclər təmsil etdikləri institutlar haqqında məlumatlar verdilər. H. Məmmədova konfransda Əkinçilik ET İnstitutunun elmi fəaliyyətindən bəhs etdi və bu ilin iyun ayında başlayan və hələ də davam edən “Qarğıdalının hibrid toxumçuluğunun  Azərbaycanda təşkili” adlı layihədə ilk dəfə olaraq ölkədə tətbiq olunan innovativ Double haploid texnikası haqqında geniş təqdimatla çıxış etdi. İştirakçılar mövzunu böyük maraqla qarşıladılar.

Konfransda iştirak edən Aqrar  Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev, Tərəvəzçilik ETİ direktoru Elmar Allahverdiyev, Baytarlıq ETİ-nin direktoru Sialə Rüstəmova, Meyvəçilik və Çayçılıq ETİ-nun direktoru İlham Qurbanov gəncləri 1 Noyabr Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təbrik edərək,  gənclərə uğurlar arzuladılar. İ.Qurbanov təbrik nitqində  bildirdi ki, “Gələcək Siz gənclərin əlindədir. Mütləq şəkildə yaşlı nəslin təcrübə və biliklərindən faydalanmaq lazımdır, ancaq əlbətdə ki, innovativ fikirlərin, yeni texnoloqiyaların ölkəmizə inteqrasiyası, yayılması və tətbiqi gənclər tərəfindən həyata keçirilməlidir. Buna görə biz Elmi Tədqiqat İnstitutlarının rəhbərləri bacarıqlı və potensiallı gənclərə dəstək duraraq onları qorumalıyıq”.

Konfrans əsnasında iştirakçılar Meyvəçilik və Çayçılıq İnstitutunun meyvə bağına, ting şitilxanasına və biotexnoloqiya istixanasına  baxış keçirdilər. Sonda xatirə şəkilləri çəkildi.

© 2020 Əkinçilik ETİ