Xəbərlər

İnstitutun əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən təlimdə iştirak etmişdir

Əkinçilik ET İnstitutunun  “Xəstəlik və zərərvercilərə nəzarət” laboratoriyasının kiçik elmi işçisi Gülşən Abbaslı 21.10.2019-30.10.2019 tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində Amerikanın İllinoys Universitetinin professoru Mohammad Babadoost tərəfindən verilən “Bitki xəstəliklərinin diaqnozu və idarə olunması” adlı təlimlərdə iştirak etmişdir. Təlim müddəti ərzində bitkilərdə xəstəlik törədən canlılar ayrı-ayrı qruplar halında tədris olunmuş və hər bölmənin sonunda iştirakçıların bilikləri imtahan yolu ilə yoxlanılmışdır. Leksiyalara əlavə olaraq iştirakçılar sahədə və laboratoriyada müxtəlif bitki xəstəliklərini müşahidə etmişlər. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

© 2020 Əkinçilik ETİ