Xəbərlər

Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

25.11.2019 tarixində Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İnstitutun direktoru Cavanşir Təlai iclası giriş sözü ilə açdıqdan sonra institutun mövzu planına və tədqiqat proqramlarına uyğun olaraq icra olunan elmi-tədqiqat işlərinin 2019-cu il üçün birillik geniş və 2015-2019-cu illər üçün yekun hesabatlarının təqdim edilməsi ilə bağlı məsələlərdən bəhs etdi. 09 avqust 2016-cı il təhsil haqqında qanuna uyğun olaraq istinad indeksli jurnallarda məqalələrin dərc edilməsinin stimullaşdırılmasına dair müzakirələr aparıldı. Sonra C.Təlai cari məsələlərə toxundu, görüləcək işlərdən, problemlərdən və onların həlli yollarından bəhs etdi, geniş müzakirələr aparıldı.

 

 

 

© 2020 Əkinçilik ETİ