Xəbərlər

Həmkarlar Təşkilatının hesabat seçki yığıncağı keçirildi

26.11.2019 tarixində Əkinçilik ET İnstitutunda Həmkarlar Təşkilatının 2017-2019-cu illərə dair hesabat seçki yığıncağı keçirildi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlainin sədrliyi ilə keçirilən hesabat seçki yığıncağında Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar İttifaqı Təşkilatının sədri Talıb Hüseynov və İnstitutun Həmkarlar Təşkilatının 134 nəfər üzvu iştirak edirdi. C. Təlai Həmkarlar Təşkilatının rolundan, vəzifələrindən, problemlərdən bəhs etdi.

Əkinçilik ET İnstitutu Həmkarlar Təşkilatının sədri Sevindik Dünyamalıyev yekun hesabat təqdim edərək 2017-2019-cu illər ərzində görülmüş işlərdən, çatışmazlıqlardan və s. geniş məlumat verdi. Bildirdi ki, bu müddət ərzində Həmkarlar Təşkilatının keçirdiyi büro iclaslarında müxtəlif məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. İnstitut əməkdaşlarının ərizə və təklifləri əsasında kollektivin mənafeyini və maraqlarını əks etdirən məsələlərin rəhbərlik və yuxarı təşkilatlar qarşısında həll edilməsi istiqamətində işlər görülmüşdür.

Əkinçilik ET İnstitutunun seleksiyaçı alimləri tərəfindən 170-dən çox dənli, dənli-paxlalı bitki sortları yaradılmış və onlardan 71-i Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Reysterinə daxil edilmişdir.

Şöbə və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri əsasında institutun əməkdaşları Respublikanın müxtəlif bölgələrində təlim seminarları keçmişlər. Son dövrlər institut rəhbərliyinin Respublikanın müvafiq ali təhsil müəssisələri ilə apardığı danışıqlar nəticəsində cavan kadrların və magistrlərin işə cəlb olunması istiqamətində mühüm işlər həyata keçirir. Eyni zamanda rəhbərlik tərəfindən elmi işçilərin və gənc mütəxəssislərin dünyanın müxtəlif ölkələrində elmi biliklərinin və ixtisaslarının artırılması üçün konfranslarda, seminarlarda, təcrübə mübadiləsində iştirak etmələrinə daim şərait yaradılır.

Ötən dövr ərzində mədəni-kütləvi işlər sahəsində Həmkarlar Təşkilatı qarşısında duran bir sıra məsələlər də öz əksini tapmaqdadır. Hər il institut əməkdaşları tərəfindən 20 Yanvar və Xocalı şəhidlərinin əziz xatirəsi yad edilir. Dünya Azərbaycanlılarının Həmrəylik günü, 8 Mart Beynəlxalq qadınlar bayramı, Novruz bayramı təntənəli surətdə qeyd edilir.

Həmkarlar Təşkilatı institutda yerinə yetirilən elmi işlərin keyfiyyətinin, səmərəliliyinin yaxşılaşdırılması, əməkdaşlar arasında sağlam mühitin yaradılmasın, nizam-intizama riayət edilməsi, ictimai işlərin təşkili istiqamətində rəhbərliklə birgə fəaliyyət göstərir.

S. Dünyamalıyev hesabatın sonunda diqqətə çatdırdı ki, yeni seçiləcək heyət mövcud çatışmazlıqların aradan qaldırılmasına, həlli vacib məsələlərin yerinə yetirilməsinə, kollektivin gundəlik qayğılarının azaldılmsında və institutda hökm sürən yaxşı ənənələrin yaşamasına və qorunub saxlanmasına çalışmalıdır. Əkinçilik ET İnstitutu Həmkarlar Təşkilatının sədri S. Dünyamalıyevin 2017-2019-cu illəri əhatə edən fəaliyyəti haqqında institut əməkdaşları tərəfindən müsbət fikirlər səsləndi və yüksək qiymətləndirildi.

Hesabatın sonunda Əkinçilik ET İnstitutu Həmkarlar Təşkilatının yeni heyəti seçildi.

Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar İttifaqı Təşkilatının sədri Talıb Hüseynov hesabat yığıncağında səslənən təkliflər və problemlərlə bağlı ətraflı çıxış edərək vacib məsələlərin həll olunması üçün səylə çalışacağını bildirdi və kollektiv haqqında müsbət fikirlər söylədi. Hesabatın sonunda Əkinçilik ET İnstitutu Həmkarlar Təşkilatının yeni heyəti seçildi. İnstitutun direktoru Cavanşir Təlai bütün çıxışları diqqətlə dinlədikdən sonra, təkliflərin uyğun qaydada həyata keçirilməsində həmişəki kimi dəstək olacağını bildirdi və Həmkarlar Təşkilatına gələcək işlərində yeni-yeni nailiyyətlər arzuladı. Yekun hesabat yığıncağı müvəffəqiyyətlə başa çatdı. Səsvermə yolu ilə Əkinçilik ET İnstitutu Həmkarlar  Təşkilatının yeni sədri seçildi. 

 

 

 

 

© 2020 Əkinçilik ETİ