Xəbərlər

Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi

06.12.2019 tarixində Əkinçilik ET İnstitutunun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi. Şöbənin müdiri  a.e.ü.f.d., dosent Məzahir Rzayev şöbənin illik geniş hesabatı ilə bağlı cıxış etdi. O, çıxışında iki mövzuya dair yeddi iş üzərində elmi-tədqiqat işi aparıldığını bildirərək, bu barədə ətraflı məlumat verdi. Sonra şöbənin aparıcı elmi işçisi, a.e.ü.f.d. Zahidə Abdullayeva “Azərbaycan   Respublikasının   dəmyə və  suvarma   bölgələrində   dənli   və yem  bitkilərinin   becərilməsinin   və torpaq   münbitliyinin   idarə olunmasının   elmi   və   praktiki əsaslarının    öyrənilməsi"  mövzusunda “Dənli və cərgəarası becərilən bitkilərdən ibarət qısa rotasiyalı növbəli və fasiləsiz əkinlərin torpağın alaqlanma dərəcəsi, bəzi münbitlik elementləri və bitkilərin məhsuldarlığına təsirinin tədqiq edilməsi" işi üzrə, e. i. Nəriman Seyidov "Qarabağ düzənliyi şəraitində tirəli səpinlərdə və digər vəsaitə qənaətedici texnologiyalarda yeni intensive taxıl sortlarının öyrənilməsi", b.ü.f.d., dosent Nizami Hümmətov “Azərbaycanın dəmyə və suvarma bölgələrində torpaqların əsas hidrofiziki xarakteristikalarının qiymətləndirilməsi”, b.e.i. Qabil Kazımov “Şirvan düzənliyində yem çuğundurunun səpin sxemi və qidalanma şəraitinin öyrənilməsi”, b.e.i. Rəhminə Zamanova “Müxtəlif torpaq-iqlim şəraitində yem bitkilərinin tək və qarışıq səpinlərinin (soya+qarğıdalı, soya+sorqo) sahənin alaqlanma dərəcəsi və bitkilərin yaşıl kütlə məhsuldarlığına və keyfiyyət göstəricilərinə təsirinin öyrənilməsi”, aparıcı elmi işçi, b.ü.f.d. Bəhlul Abbasov Şəki-Zaqatala bölgəsinin torpaq-iqlim şəraitinə uyğun yeni, məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı tütün sortlarının yaradılması və becərilmə texnologiyasının işlənib hazırlanması” mövzusunda, “Şəki-Zaqatala bölgəsində keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı yüksək məhsuldar tütün sortlarının yaradılması”, b.e.i. Quliyeva Səhnə “Şəki-Zaqatala bölgəsində yeni yaradılmış və introduksiya olunmuş tütün sortlarının iqtisadi cəhətdən səmərəli  becərmə texnologiyasının işlənib hazırlanması” işləri üzrə illik yekun hesabatla çıxış etdilər. Hesabatlara aid səsləndirilən suallar ətraflı olaraq cavablandırıldı, fikir mübadiləsi və müzakirələr aparıldı. Sonda institutun direktoru Cavanşir Təlai söbənin illik yekun hesabatı haqqında fikirlərini bildirdi və tövsiyyələr verdi. Hesabatlar yekdilliklə qəbul edildi.

© 2020 Əkinçilik ETİ