Xəbərlər

Əkinçilik ET İnstitutunda bayram tədbiri keçirildi

28.12.2019 tarixində Əkinçilik ET İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2020-ci il münasibəti ilə tədbir keçirildi. İnstitutun direktoru Cavanşir Təlai tədbiri giriş sözü ilə açaraq, 2019-cu il ərzində institutun elmi-təşkilati fəaliyyətindən, keçdiyi yoldan, görülmüş əhəmiyyətli işlərdən və əldə etdiyi nailiyyətlərdən bəhs etdi. Qarşıdan gələn bayramlar münasibətilə kollektivi təbrik edərək arzularını bildirdi. İnstitutun alimləri, şöbə və laboratoriya müdirləri, əməkdaşları, bayram münasibətilə kollektivə təbriklərini, ürək sözlərini çatdırdılar, tədbir bədii hissə ilə davam etdi. Sonda institutun bir qrup əməkdaşına müəlliflik şəhadətnaməsi təqdim edildi.

© 2020 Əkinçilik ETİ