Sortlar

XUDAFƏRİN

Bərk buğda sortu

Sort müəllifləri: Xudayev F.A.,Abdullayev A.M., Təlai C.M., Hacıyeva S.K., İsmayılov T.T., Əsədullayev Ş.S., Əzizova N.H., Hüseynov S.İ.

Qısa ümumi xarakteristikası: Orta boylu (97,7 sm), samanı orta yoğunluqda va möhkəmlikdə, yatmaya davamlıdır. Bioloji cəhətdən yerli bərk buğda sortlarına oxşayır, kollanması orta (2,8-3), yarımyerəsərilən, həyat tərzı yarımpayızlıqdır. Ortayetişəndir.

Potensial məhsuldarlığı dəmyədə 43,2-59,0 s/ha., 1000 dənin kütləsi 40,8-42,6 qramdır. Dəndə zülalın miqdarı 13.5 %, kleykovinanın miqdarı 28,5% olur.

Məhsuldar kollanması 2,9 ədəd, hektara 4,0-4,5 milyon toxum səpildikdə yüksək məhsul verir. Qışa, quraqlığa davamlı, yüksək temperatura davamlılığı yüksəkdir. Bərk və toz sürməyə, pas xəstəliklərinə davamlıdır.

Rayonlaşdırılması  nəzərdə tutulan  zonalar: Respublikanın dəmya və nəmliklə təmin olunmuş dəmya bölgələrində becərilməsi tövsiya olunur.

© 2020 Əkinçilik ETİ