Xəbərlər

Torpaqda nəmliyi mühafizə edən yeni “Susaxlayan konsentrat”ın ölkədə ilk dəfə sınaqları keçiriləcək

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Aqrar İnnovasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə Macarıstanın “Water and Soil” şirkətinin yeni innovativ  məhsulu olan və torpaqda nəmliyi mühafizə edən “Susaxlayan konsentrat”ın Azərbaycanda ilk dəfə sınaqlarının keçirilməsinə həsr edilmiş görüş keçirilib. Görüşü giriş sözü ilə açan ƏETİ-nin direktoru Faiq Xudayev AİM xəttilə keçirilən belə tədbirlərin artıq ənənəvi xarakter aldığını, qlobal istiləşmə fonunda innovativ həllərə əsaslanan belə yeni aqrokimyəvi maddələrin sınaqlarının keçirilməsinin əhəmiyyəti, bu sahədə mərkəz tərəfindən göstərilən metodiki və praktiki dəstəyin göstərilməsi, yeni “Susaxlama konsentrant”ın təkrar qarğıdalı əkinlərində tətbiqilə bağlı görüləcək işlər və digər məsələlərə toxundu. Sonra söz AİM-in şöbə müdiri Cavanşir Təlaiyə verildi. O, çıxışında AİM-in ölkədə kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi baxımından verdiyi töhfələr, Mərkəzin Macarıstanın “Water and Soil” şirkəti arasında torpaqda nəmliyi mühafizə edən “Susaxlama konsentrat”ın ölkədə kənd təsərrüfatı bitkiləri üzərində sınaqların keçirilməsi ilə bağlı imzalanmış müqavilə əsasında qarşısında duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin çıxışında sınağa cəlb ediləcək və bitkilərin məhsuldarlığının və quraqlıq stresinin mənfi təsirinə qarşı davamlılığının artırılmasında, suvarma suyuna 50 faiz qənaət edilməsində mühüm rol oynayan “Susaxlama konsentrant”ın kimyəvi tərkibi, istifadə qaydalarına da toxundu. Tədbirin sonunda “Susaxlama konsentrat”ın ƏETİ-nin Abşeron, Tərtər və Şəkidəki təcrübə bazalarında təkrar əkinlərdə qarğıdalı bitkisi üzərində sınaqların keçirilməsi qərara alındı. 

© 2020 Əkinçilik ETİ