Aqrotexniki qulluq

Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çiçəklənməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki qaydalara əməl etməklə nail olmaq olar.

• Torpağın əsas becərilməsi

• Torpağın səpin qabağı becərilməsi

• Səpin müdətləri

• Səpin norması

• Səpin üsulları

• Mineral gübrələrin verilməsi

• Alaqlarla mübarizə

• Yaşıl mala

• Suvarma  

F e r m e r l ə r   ü ç ü n  y a d d a ş

Dəmyə şəraitində taxıl sələfindən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar (1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş)

S/s  Əməliyyatlar İcra müddəti

1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması iyul-avqust

2. Sahənin 10-12 sm dərinlikdə diskili alətlə üzlənməsi iyul-avqust 3. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (300-350 kq superfosfat+10ton peyin ) iyul-avqust

4. Sahənin şumlanması (20-22 sm dərinlikdə) iyul-avqust

5. Sahənin diskilənməsi (10-12 sm dərinlikdə) avqust

6. Sahənin səpinqabağı malalanması sentyabr

7. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) avqust-sentyabr

8. Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi sentyabr-oktyabr

9. Yazda, buğdanın kollanma fazasında hektara 250 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi mart-aprel 10. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha  2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur mart-aprel

11. Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) mart-aprel

12. Məhsulun yığılması iyul 13. Taxılın daşınması və təmizlənməsi iyul-avqust Suvarma şəraitində payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar (1 ha üçün məhsuldarlıq: 4 ton dən + 4 ton küləş) S/s   Əməliyyatlar   İcra müddəti

1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması. Cərgəarası becərilən bitkilərdən (qarğıdalı, pambıq, tütün və s.) sonra isə bitki qalıqlarının xırdalanıb sahəyə verilməsi iyun-iyul

2. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi  (400-450 kq superfosfat + 10-15ton peyin) iyul-avqust

3. Sahənin 25-27 sm dərinlikdə şumlanması iyul-avqust

4. Alaq toxumlarının cücərməsinə şərait yaratmaq və torpaqda nəmlik toplamaq məqsədilə sahəyə 1000-1200 m3/ha normasında su verilməsi (arat) avqustun axırı-sentyabr

5. Sahənin səpinqabağı dişli mala ilə malalanması oktyabr

6. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) sentyabr-oktyabr

7. Dərmanlanmış toxumun daşınması və hektara 4,5-5,0 mln cücərən dən hesabı ilə (200-220kq) səpilməsi Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi oktyabr-noyabr

8. Müvəqqəti suvarma arxlarının açılması oktyabr-noyabr 9. Səpsuvar (ehtiyac olarsa) noyabr

10. Yazda, buğdanın kollanma fazasında hektara 300-350 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) sahəyə səpilməsi mart-aprel

11. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha  2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur mart-aprel

12. Vegetasiya suvarmaları (2-3 dəfə) aprel-may

13. Məhsulun yığılması iyun-iyul

14. Taxılın daşınması və təmizlənməsi iyul Dəmyə şəraitində qara herikdən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar (1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş) 

S/s Əməliyyatlar İcra müddəti

1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması iyul-avqust

2. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (250-300 kq superfosfat + 10 ton peyin) iyul-avqust

3. Qara herik üçün şumun qaldırılması (25-27 sm dərinlikdə) iyul-avqust

4. Qara heriyin 2-3 dəfə diskili və dişli malalarla becərilməsi (8-10 sm dərinlikdə) aprel- avqust

5. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum) avqust-sentyabr

6. Sahənin səpinqabağı malalanması sentyabr

7. Dərmanlanmış  toxumun  daşınması  və  hektara  4,0-4,5 mln  cücərən dən hesabı ilə (180-200 kq/ha) səpilməsi Səpinlə birlikdə  hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi sentyabr-oktyabr

8. Yazda, buğdanın kollanma fazasında hektara 200 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi mart-aprel

9. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/haTopik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha  2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur mart-aprel

10. Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) mart-aprel

11. Məhsulun yığılması iyul

12. Taxılın daşınması və təmizlənməsi iyul-avqust

© 2020 Əkinçilik ETİ