- Kompleks elmi-tədqiqatlar və təcrübi seleksiya işləri nəticəsində müxtəlif kənd təsərrüfatı bitkilərinin 214 sortu yaradılmış və rayonlaşdırılması üçün KTN yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilmişdir.
- İnstitutun 131 sortu, rayonlaşmış, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş, patentləşmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmişdir.
- Bir çox işlərə Dövlət Elm və Texnika Komitəsi (indiki Dövlət Elm və Texnika Sənədləri Arxivi) tərəfindən ixtira kimi 12 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklif kimi 9 vəsiqə verilmişdir.
- İlk dəfə olaraq Azərbaycanda taxıl əkinlərində resurs mühafizəedici texnologiyaların (tirəyə səpin, sıfır və minimal becərmə) elmi-praktiki əsasları işlənib hazırlanmış və tətbiq edilmişdir.
- İnstitut alimlərinin yaratdığı bir çox bərk buğda sortları (Mirbəşir 50, Qaraqılçıq 2 və s.) öz keyfiyyət göstəricilərinə görə dəfələrlə yüksək mükafatlara və medallara layiq görülmüşdür.
- Məqsədli aspirantura da daxil olmaqla 418-dən artıq yüksək ixtisaslı elmi kadr hazırlanmış, onların 262 nəfəri fəlsəfə və elmlər doktoru adına layiq görülmüşdür.
- Tədqiqat işlərinin nəticələri 66-ya yaxın kitab və monoqrafiya, 219 broşura, 3705 məqalə, 42 plakat, 63 buklet, 6 taxıl sortlarının kataloqu və 3 (32) cildlik elmi əsərlərin məcmuəsində dərc edilmişdir.
№
Bitkinin latınca adı
Rayonlaşmış
sortların sayı
1
Triticum aestivum L.
48
2
Triticum durum Desf.
20
3
Hordeum vulgare L.
15
4
Secale cereale L.
1
5
Avena sativa L.
1
6
Triticosecale Wittm.
1
7
Zea mays L.
8
8
Cicer arietinum L.
8
9
Lens culinaris Medic.
3
10
Phaseolus vulgaris L.
1
11
Arachis hypogaea L.
2
12
Nicotiana tabacum L.
5
13
Medicago Sativa L.
10
14
Onorbrychis viciaefolia Scop.
1
15
Dactylis glomerata L.
1
16
Kochia prostrata Schrad.
1
17
Lathyrus sativus L.
2
18
Lathyrus sativus
1
19
Glycine hispidea max L.
2
Cəmi
131