Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi
Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi
Şöbə müdiri:
Əliyeva Darçın Kamran qızı
Mobil: (+994 50) 7215321
E-mail: [email protected]
Şöbə öz fəaliyyətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 nömrəli Qərarı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 oktyabr 2015-ci il 110 nömrəli əmrinə əsasən başlamışdır. Şöbədə 5 nəfər – şöbə müdiri,1 baş mütəxəssis (hüquq məsələləri üzrə),1 aparıcı mütəxəssis və 2 mütəxəssis çalışır.
Fəaliyyət istiqamətləri:
Şöbənin iş fəaliyyəti Azərbaycan Respublikasınin Əmək Məcəlləsini, İnstitutun “Əsasnamə”sini, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq kadr işlərini həyata keçirməkdən ibarətdir.
Şöbə öz vəzifələrini və hüquqlarını həyata keçirərkən İnstitutun və İnstitutun strukturuna daxil olan Yardımçı Təcrübə Təsərrüfatları, Dayaq Məntəqələri, Bölgə Təcrübə Sınaq Stansiyaları, Təcrübə Sınaq Stansiyaları qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
İnstitutun ştat cədvəlinin təkminləşdirilməsində iştirak edir;
İnstitutun namenklaturuna aid olan vəzifələr üzrə əməkdaşların işə qəbulunu, işdən azad olunmasını və iş yerinin dəyişdirilməsini rəsmləşdir;
Əmək kitabçasını saxlamaq və işdən çıxan işçilərə təqdim etmək, həmçinin əmək kitabçalarında vaxtlı-vaxtında müvafiq qeydlər (yazılar) aparmaq;
İnstitut əməkdaşlarının məzuniyyət qrafikini hazırlamasına və onun yerinə yetirilməsinə nəzarət edir;
Səlahiyyətləri çərçivəsində İnstitutda əməkdaşların attestasiyasının keçirilməsini təşkil etmək, attestasiyaların keçirilməsi üzrə, habelə vakant yerlərə müsabiqə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirmək;