Şöbələr

Maliyyə və mühasibat uçotu şöbəsi

MALİYYƏ VƏ MÜHASİBAT UÇOTU ŞÖBƏSİ

Telefon: (+994 12) 55160 84

E-mail: [email protected]   

Şöbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 nömrəli Qərarına və Kənd Təsərrüfatı Nazirliyinin 30 oktyabr 2015-ci il tarixli, 110 nömrəli əmri ilə təsdiq edilmiş yeni strukturuna uyğun olaraq fəaliyyət göstərir.

 

Fəaliyyət istiqamətləri:

 

  • İnstitutun və onun tabeliyində olan bölgələrdə fəaliyyət göstərən təcrübə təsərrüfatları üçün büdcə və büdcədənkənar maliyyə əməliyyatlarını təşkil və ona nəzarət etmək;
  • İnstitutun və onun tabeliyində olan təcrübə təsərrüfatlarının rüblük və illik mühasibat hesabatlarını tərtib etmək, icmalaşdırılmasını aparmaq və aidiyyəti orqanlara təqdim etmək;
  • Aidiyyəti üzrə təşkilatlarda mühasibat uçotunun qüvvədə olan müvafiq qanunvericilik aktlarına, normativ hüquqi sənədlərə uyğun olaraq düzgün qurulmasına və vaxtında aparılmasına nəzarət etmək;
  • İnstitutda və ona tabe olan təşkilatlarda dövlət əmlakının mövcud təlimatlara uyğun istifadəsinə və istismarına nəzarət etmək;
  • Maliyyə və mühasibat uçotunun, iqtisadiyyatın və idarəetmənin müvafiq sahələri üzrə smetaları və digər normativ-hüquqi sənədləri hazırlamaq və qanunvericiliklə qadağan olunmayan vəzifələri icra etmək.

 

© 2020 Əkinçilik ETİ