Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr edilmiş ağacəkmə kampaniyasında iştirak etdilər

18.11.2017 tarixində Əkinçilik ET İnstitutunun əməkdaşları Salyan rayonunun Xıdırlı kəndinin ərazisində keçirilən, görkəmli torpaqşünas alim, ictimai xadim, akademik, təbiət aşiqi və torpağa bağlı şəxsiyyət Həsən Əliyevin  110 illik yubileyinə həsr edilmiş ağacəkmə kampaniyasında iştirak etdilər. Alimin yubileyinə həsr olunmuş tədbirdə Əkinçilik ET İnstitutu ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və onun strukturuna daxil olan Meyvəçilik və Çayçılıq, Tərəvəzçilik, Üzümçülük və Şərabçılıq, Baytarlıq elmi-tədqiqat institutlarının və Salyan RAEM və İMM-nin əməkdaşları iştirak etmişlər. Tədbirdə Əkinçilik ET İnstitutunu onun rəhbərliyi, gənc alim və mütəxəssisləri təmsil edirdilər. Tədbir çərçivəsində Salyan Rayonunun Xıdırlı kəndi ərazisində püstə və badam ağaclarının tingləri əkildi.

© 2020 Əkinçilik ETİ