Rəhbərlik

Elmi işlər üzrə direktor müavini: Sevinc Mehti qızı Məmmədova, b.ü.f.d., dosent

Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevinc Mehti qızı Məmmədova 6 oktyabr 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır.

1972-1982-ci illərdə Bakı şəhəri S.S.Axundov adına 172 N-li orta məktəbdə təhsil almışdır. 1982-ci ildə S.M.Kirov adına ADU-nun (hazırki BDU) biologiya fakültəsinə qəbul olub, 1987-ci ildə oranı “Bioloq, biologiya və kimya müəllimi” ixtisası üzrə bitirmiş, həmən ildən təyinatla K/T Nazitrliyi Az. ET Əkinçilik İnstitutunun “Bitki fiziologiyası” şöbəsində əmək fəaliyyətinə başlamışdır.

1989-1992-ci illərdə AETƏİ-də “biokimya” ixtisası üzrə əyani aspiranturada təhsil almışdır. 1992-ci ildən “Dənin keyfiyyəti” laboratoriyasında elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildə “fiziologiya” ixtisası üzrə “Ekoloji təmiz herbisidin təsiri ilə ali bitkilərdə fizioloji və biokimyəvi dəyişikliklər” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, biologiya elmləri namizədi (hazırki biologiya üzrə fəlfsəfə doktoru) elmi dərəcəsinə  layiq görülmüşdür.

2002-ci ildə “Buğda və qarğıdalının yaxşılaşdırılması üzrə beynəlxalq mərkəz” CIMMYT–də (Meksika) buğda və qarğıdalının seleksiyası üzrə 6 aylıq ixtisasartırma kursu keçmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 21 dekabr (protokol N 32) tarixli  qərarı ilə “bitki fiziologiyası” ixtisası üzrə dosent elmi adını almışdır.

S.M.Məmmədova dənli taxıl bitkiləri üzrə sort və sabit xəttlərin toplanması, bərpası, toxum kolleksiyaslarının zənginləşdirilməsi və müxtəlif  regionlarda bərpa  prosesində  nümunələrin seleksiya əhəmiyyətli əlamətlərinin təyini və bu əlamətə görə seçmə aparılması, dənli taxıl, paxlalı və yem bitkilərinin Milli genofondunun mühafizəsi  və qorunması istiqamətində ƏETİ-nin nəzdindəki orta müddətli Genbank və AMEA GEİ-nin nəzdindəki Milli Genbank kolleksiyalarına aid bitki nümunələrinin bərpa və regenerasiyası, onların milli və beynəlxalq səviyyələrdə mübadiləsi, sənədləşdirilməsi istiqamətində iş aparır.

2011-ci ildən respublikanın müxtəlif torpaq-iqlim şəraitlərində k/t-da ozonlaşdırma texnologiyasının ptotektant və stimulyator kimi istifadə mümükünlüyü, dənli taxıl və texniki bitkilərin toxum keyfiyyətinə təsirinin öyrənilməsi üzrə tədqiqatlar aparır. 

S.M.Məmmədova müxtəlif  regionlardan  yerli və  uzaq coğrafi  mənşəli nümumələrin sahə şəraitində  seçilərək, tədqiqi nəticəsi kimi yaradılmış “Qarabağ 33”, “Günəş”,  “Nur”  arpa, “Qürur”, “Ümid”, “Fəxri”,  “Emil” qarğıdalı, “Pərvin”, “Mərcanı buğda”  buğda  və rayonlaşdırılması üçün AR KTN AXA-da sınağı keçirilən “Mirvari-18”, “Zaqatala 380/19”, ”Pəri Qalası”, “Buta”, “Ulduz”, “Xarı bülbül”, “Əkinçilik 70”, “Simurq”, “İnci”, “Topxana” və “Xan qızı” sortlarının həmmüəllifidir.

Həmçinin Dövlət reyestrində qeydiyyatdan keçmiş “Toxumların səpin qabağı işlənməsi üsulu”, “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpin qabağı ozonlaşdırılması üsulu”, “Pambıq çiyidinin səpin qabağı ozonlaşdırılması üsulu”, “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpin qabağı ozonlaşdırılması üsulu” ixtiralarının həmmüəllifidir.

Elmi fəaliyyəti nəticəsində 165 elmi əsəri xarici və yerli jurnallarda, beynəlxalq eləcə də respublikada keçirilən konfrans materiallarında dərc edilmişdir.

Hal-hazırda  seleksiya və toxumçuluq ixtisasında “Dənli taxıl bitki sortlarının toxum keyfiyyətinin artırılmasında ekoloji təmiz vasitələrin tətbiqinin  elmi əsasları” mövzusunda elmlər doktorluğu işi üzərində çalışır.

Məmmədova S.M. 2013-cü ildən Azərbaycan Respublikasının "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunu üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın elmi katibidir. 

Əkinçilik ETİ-nin və AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri jurnallarında Redaksiya heyətinin  üzvü, məsul katibdir.

2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əlaqə Tel.: 994 77 299 26 34

E-mail: [email protected]; [email protected] 

© 2020 Əkinçilik ETİ