Rəhbərlik

Elmi katib: Hacıyeva Sevda Kamal qızı, a.e.ü.f.d., dosent

Hacıyeva Sevda Kamal qızı 26 oktyabr 1961-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1986-cı ildə S. Ağamalıoğlu adına Azərbaycan KəndTəsərrüfatı İnstitutunun (İndiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqranomluq fakultəsinin “Alimaqranom” ixtisasını bitirmişdir. 1989-cu ildə Əkinçilik ET İnstitutunun əyani doktoranturasına daxil olub, 1992-ci ildə doktoranturanı bitirdikdən sonra institutda “Bitki seleksiyası” şöbəsində kiçik elmi işçi, 1997-ci ildən böyük elmi işçi, 2012-ci ildən aparıcı elmi işçi, 2014-cü ildən institutun Elmi Şurasının elmi katibi vəzifəsində işləyir. O, 2010-cu ildə 3103.04.-“Seleksiya və toxumçuluq” ixtisası üzrə “Becərmə amillərinin buğdanın başlanğıc materialının biomorfoloji əlamətlərinə təsirinin öyrənilməsi və seleksiyada istifadəsi” adlı dissertasiya işini müdafiə edərək aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür. 2015-cı ildən FD 04.012 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Aprobasiya Şurasının, 2017-ci ildən isə Dissertasiya Şurasının üzvüdür. Hazırda tədqiqatçı “Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” mövzusunda icraçıdır. O, 68 elmi əsərin, 1 informasiya bülleteninin, 1 kitabçanın müəllifidir. Eyni zamanda həmmüəllif olduğu “Şəfəq 2”, “Fərəhim” və “Pərvin”, yumşaq buğda sortları rayonlaşdırılaraq Dövlət Reyestrinə daxil edilmiş, “Marxal”, “Altun 2”, Səba 2”, “Mərcanı buğda”,“Əsgəran” , “Billur” yumşaq buğda və “Araz”, “Korifey 88” bərk buğda sortları Kənd Təsərrüfatı Nazirliyi Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində sınağa daxil edilmişdir.

Email: [email protected]

Əlaqə tel: 551-61-30

© 2020 Əkinçilik ETİ