Xəbərlər

Dissertasiya işlərinin mövzuları müzakirə edilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi üzrə biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasında dissertasiya işlərinin mövzularına baxılıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə 3103.04-“Seleksiya və toxumçuluq” ixtisasında doktorantı Aysel Məhəmməd qızı Labazanovanın “Arpanın yetişkənliyinə və morfoloji əlamətlərinin dəyişməsinə stres amillərin təsiri”, 3103.07- “Bitkiçilik” ixtisasında dissertantı Leyla Üzeyir qızı Həsənovanın “Müxtəlıif aqroekoloji şəraitdə becərilən buğda genotiplərində yığımdan sonra saxlama müddətinin dən və toxum keyfiyyətinə təsirinin tədqiqi” və Tarverdi Allahverdi oğlu İslamzadənin “Lənkəran-Astara bölgəsində çəltik sortlarının əsas becərmə üsullarının tədqiqi” adlı dissertasiya işlərinin mövzuları elmi rəhbərlərin iştirakı ilə müzakirə edilib.
© 2020 Əkinçilik ETİ