Xəbərlər

Türkiyədə əməkdaşlıq çərçivəsində üçtərəfli görüş keçirilib

Türkiyə Respublikasının toxumçuluq sektorunda əhəmiyyətli paya sahib və özəl sektor kimi fəaliyyət göstərən Tekfen şirkətində üçtərəfli görüş təşkil edilib. 

 

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Torpaq və bitki analizləri laboratoriyasının müdiri Laçın Novruzov, Türkiyə Şərqi Aralıq Dənizi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru (Adana Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü) Abdullah Çil və Tekfen şirkətinin aqrar araşdırmalar rəhbəri, menecer Mevzat Agri iştirak ediblər. Tərəflər arasında üçtərəfli əməkdaşlıq prespektivləri və kadr mübadiləsi məsələləri müzakirə olunub. 

 

Görüş çərçivəsində özəl toxumçuluq şirkətlərinin fəaliyyət prosesinin izlənməsi üçün Tekfen şirkətinin iqlim istixanalarına, biotexnologiya və modern seleksiya laboratoriyalarına baxış keçirilib.

© 2020 Əkinçilik ETİ