Əkinçilik ETİ-nin nümayəndələri Çukurova Universitetində olublar
Türkiyə səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) nümayəndələri əməkdaşlıq əlaqələrinin yaradılması mərsədilə Çukurova Universitetində olublar.
Otlaqlar və yem bitkiləri araşdırmaları üzrə Türkiyə dövlətinin tanınmış alimi, Tarla bitkiləri bölməsinin professoru Rüştü Hatipoğlu ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanda yem bitkiləri və otlaqlarla bağlı problemlərin həlli istiqamətində professor R.Hatipoğlunun öz töhfəsini verməsi üçün ortaq layihələrin işlənmə prespektivləri müzakirə edilib. Tezliklə Azərbaycana səfər edəcək R.Hatipoğlu ilkin dəyərləndirmə aparacağını bildirib.
Sonda professor ƏETİ-yə otlaqlarla bağlı müəllifi olduğu üç cildik kitabını hədiyyə edib.