Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının əməkdaşı dünyasını dəyişib

Həbib Saleh oğlu Sofiyev 20.07.1950 tarixində Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub.

1972-1977-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu alim- aqronom ixtisası üzrə bitirib. 1968-1970-ci illərdə ÇSSR Sovet Ordusunun tank qoşunlarında xidmət edib, baş leytenant hərbi rütbəsinə layiq görülüb.

1972-ci ildən etibarən Zaqatala Bölgə Təcrübə Stansiyasında müxtəlif vəzifələrdə çalışıb, 2011-ci ildən isə Stansiyanın “Bitki seleksiyası və toxumçuluğu” şöbəsinin müdiri vəzifəsində işləyib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi altında “Qarğıdalı Proqramı”na əsasən icra edilən “Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotik və ekstremal amillərə   davamlı, yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və  hibridlərinin yaradılması, qruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi və yayımı” mövzusu üzrə elmi-tədqiqat işləri aparıb, 10 elmi məqalənin, 10 qarğıdalı və 1 tütün sortunun müəlliflərindən biri olub.

Dəyərli elm xadimi, gözəl insan, qayğıkeş ata, üç övlad sahibi olan Həbib müəllim 10.03.2023 tarixində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

© 2020 Əkinçilik ETİ